Partlayışda həlak olanların FOTOLARI

14:25 17.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha üç nəfərin kimliyi bilinib.

 

Hafta.az xəbər verir ki, bunlar - Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

 

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olublar. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, hadisə nəticəsində son məlumata görə, 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.

Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

 

1316030

 Aydın Atakişiyev

1316031

Fərid Qubadov

1316032

Elvin Məmmədov 

Fotolar "Qafqazinfo"dan götürülüb